Google Disk ilə komanda işini və məhsuldarlığı artırın
Diskin komandanızın işini necə sürətləndirəcəyini öyrənmək üçün videonu izləyin
Buludun yerli əməkdaşlıq tətbiqləri daxildir
Sənəd
Eyni mənbədə paylaşılan sənəddə komanda yoldaşlarınız və ya şirkətinizdən olmayan fərdi istifadəçilərlə əməkdaşlıq edin. Şərhlər və əməliyyat elementləri vasitəsilə kontent haqqında söhbət edin.
Cədvəl
Data ilə bağlı qərarlar verməyi hər kəs üçün asanlaşdırın. Komanda ilə düzgün qərarlar vermək üçün cədvəldə datanı təhlil edin, vizuallaşdırın və paylaşın.
Slayd
Möhtəşəm təqdimatlarla ən yaxşı işinizi təqdim edin. Komandanızla ən son versiyada birlikdə işləyərək asanlıqla təqdimatlar yaratmaq və redaktə etmək üçün şablon və təkliflərdən istifadə edin.
Mövcud alətlərinizi özündə birləşdirir
Microsoft Office
Fayl formatlarını çevirmədən Microsoft Office fayllarında komandanızla birlikdə işləyin. Office fayllarında real zaman statusu olduğuna görə bir neçə komanda üzvü eyni faylda işləyə bilər. Versiya nəzarəti problemləri ilə bağlı narahat olmağa isə ehtiyac yoxdur.
Digər alətlər
Disk, həmçinin Adobe, Atlassian, Docusign, Salesforce, Slack və s. daxil olmaqla komandanızın istifadə edə biləcəyi onlarla əlavə alət və tətbiqlərlə inteqrasiyanı dəstəkləyir.
100-dən çox fayl növü
Sənəd, Cədvəl, Slayd və Microsoft Office ilə yanaşı, Disk PDF, CAD faylları, şəkillər, videolar və s. daxil olmaqla 100-dən çox fayl növünü dəstəkləyir.
Google'un Süni İntellekt və Axtarış texnologiyası tərəfindən hazırlanıb
Google Axtarış
Diskdə hər gün istifadə etdiyiniz güclü və dəqiq axtarış texnologiyası dəstəklənir, bu, komandanızın lazımlı kontenti sürətlə və dəqiqliklə tapmasına kömək edir.
Prioritet
Prioritet nə axtardığınızı təxmin etmək və həmin anda ən uyğun kontenti təqdim etmək üçün Süni İntellektdən istifadə edir—bu, Sizin və komandanızın faylları tapmasını 50% sürətləndirir.
Kəşf edin
Kəşf edin funksiyası kontentin yaradılmasını sürətləndirir və gücləndirir, beləliklə komandanız data haqqında suallar verə, həmçinin fayllarınızda asanlıqla təklif edilən kontent tapa və ya əlavə edə bilər.
Əlavə Funksiyalar
Disk Fayl Yayımı
Disk yaddaşını və şəbəkənin buraxılış zolağının enini boşaltmaqla Disk fayllarını buluddan birbaşa Mac və ya PC-yə köçürün. Sizin və ya əməkdaşlarınızın etdiyi bütün dəyişikliklər avtomatik yenilənir və sinxronizasiya edilir, beləliklə, həmişə ən son versiyaya sahib olacaqsınız.
Ortaq Disklər
Komandaların kontentini saxlaya, axtara və tapa biləcəyi ortaq məkanlar. Ortaq disklərdə fayllar tək istifadəçiyə deyil, komandaya məxsus olur, beləliklə komandanızın ehtiyacı olan fayllara həmişə girişi olacaq.
Data İtkisindən Müdafiə (DLP)
Komanda üzvlərinin həssas kontenti xarici istifadəçilər ilə paylaşmasına icazə verməyin. Disk həssas məlumat üçün faylları skan edə və təşkilatınızdan kənar hər kəsin onlara girişini blok edə bilər.
Offline giriş
İnternet bağlantınız yoxdur? problem deyil– Sənəd, Cədvəl və Slaydda hələ də fayllar yarada, baxa və redaktə edə bilərsiniz. İnternet bağlantınız əlçatan olan kimi oflayn etdiyiniz əməliyyatlar avtomatik yadda saxlanılacaq.
Başlayaq
Fərdi istifadəçilər
İstənilən mobil cihazda, planşet və kompüterdə fayllar və qovluqlar saxlayın, paylaşın və onlara daxil olun—ilkin 15GB yaddaş ödənişsizdir.
Komandalar
Fayllar paylaşmağı, saxlamağı və onlara daxil olmağı asanlaşdıran bulud əsaslı, təhlükəsiz əməkdaşlıq platforması ilə komandanızın işini sürətləndirin.
Korporativ
Data İtkisindən Müdafiə, elekton sənədlərin təmin edilməsi və arxiv edilməsi üçün Vault, həmçinin təhlükəsizlik mərkəzi ilə şirkətinizin datasını qoruyun.
Mənbələr
-
Cardinal Group Mövzu araşdırması
Diskdən istifadə etməyə başlayın
Google Disk Treyninqi və Yardım
Google Diskin komandanızın məhsuldarlığını artırmaq üçün istifadə etdiyi 3 yol
Google Diskin YouTube Pleylisti
Ibotta Mövzu araşdırması
Komandanızın Google Disk ilə əməkdaşlığa başlaması üçün 5 yol