Bütün kontentinizə asan və təhlükəsiz giriş
İstənilən mobil cihazda, planşet və kompüterdə fayllar saxlayın, paylaşın və əməkdaşlıq edin
Komanda işini gücləndirmək üçün buludun yerli əməkdaşlıq tətbiqləri
Disk komandanızın real zamanda effektiv əməkdaşlığına imkan verən Sənəd, Cədvəl və Slayd kimi yerli bulud tətbiqlərini özündə birləşdirir. İlk gündə mövcud alətlərdən keçid etmədən komandanızla kontent yaradın və paylaşın.
Komandanızın artıq istifadə etdiyi tətbiq və alətlər ilə inteqrasiya
Disk komandanızın mövcud texnologiyasını özündə birləşdirir və onu tamamlayır. Fayl formatlarını çevirmədən Microsoft Office fayllarında əməkdaşlıq edin, PDF, CAD faylları, şəkillər və daha çoxu daxil olmaqla 100-dən çox əlavə faylı redaktə edin və saxlayın.
Ətraflı məlumat
Google'un Süni İntellekt və Axtarış texnologiyası komandanızın işini sürətləndirir
Diskə Google'un rəqibsiz sürət, performans və etibarlılıq təklif edən, güclü axtarış funksiyaları yerləşdirilib. Prioritet axtardığınızı təxmin etmək və həmin anda ən uyğun kontenti təqdim etmək üçün Süni İntellektdən istifadə edir—bu, komandanızın faylları tapmasını 50%-dək sürətləndirir.
Ətraflı məlumat
İstənilən cihazda Diskdən istifadə edin
Disk brauzer, mobil cihaz, planşet və kompüterdə problemsiz işləməyinizi təmin edərək bütün əsas platformalarda əlçatandır.
İşlədikləri üsulu təkmilləşdirmək üçün minlərlə komanda artıq Diskdən istifadə edir
-
"Sənəd tapmaqla bağlı narahtlığım yoxdur. İstədiyim zaman daxil ola biləcəyim hər şey Diskdədir, bu, böyük yenilikdir".
-
"Komandamızın əksər üzvləri artıq Diskdən istifadə edirdi, onların fikrincə platforma intuitiv və istifadə üçün asanlaşıb, bu səbəbdən dəyişikliklərin idarəsi minimal olmuş və biz sürətlə işləməyə başlamışıq".
-
"Google Sənəd və Diskdə real zamanda əməkdaşlıq prioritetdir...əməkdaşları uzaqlaşdırmağa çalışsaq, bu, tam bir xaos olardı".
-
"Google Süni İntellekt vasitəsilə əməkdaşlığı və fərdi məhsuldarlığı təkmilləşdirir. Əməkdaşlar müştərilər üçün dəyərlər yaratmağa daha çox, adi tapşırıqlara isə daha az fokuslana bilər".
Disk komandanızın artıq istifadə etdiyi alətləri özündə birləşdirir
Başlayaq
Fərdi istifadəçilər
İstənilən mobil cihazda, planşet və kompüterdə fayllar və qovluqlar saxlayın, paylaşın və onlara daxil olun—ilkin 15GB yaddaş ödənişsizdir.
Komandalar
Fayllar paylaşmağı, saxlamağı və onlara daxil olmağı asanlaşdıran bulud əsaslı, təhlükəsiz əməkdaşlıq platforması ilə komandanızın işini sürətləndirin.
Korporativ
Data İtkisindən Müdafiə, elekton sənədlərin təmin edilməsi və arxiv edilməsi üçün Vault, həmçinin təhlükəsizlik mərkəzi ilə şirkətinizin datasını qoruyun.
Mənbələr
-
Cardinal Group Mövzu araşdırması
Diskdən istifadə etməyə başlayın
Google Disk Treyninqi və Yardım
Google Diskin komandanızın məhsuldarlığını artırmaq üçün istifadə etdiyi 3 yol
Google Diskin YouTube Pleylisti
Ibotta Mövzu araşdırması
Komandanızın Google Disk ilə əməkdaşlığa başlaması üçün 5 yol